Sahil Babayev Ukrayna səfiri ilə görüşüb
- elseo
- 110 views
- 0 comments
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Sahil Babayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüş keçirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və dostluq və əməkdaşlığa əsaslanan münasibətlərin davam etdirildiyini diqqətə çatdırıb. İkitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi və nazirlik ilə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sahil Babayev ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, DOST konsepsiyası, elektronlaşma proqramının sosial sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bundan əlavə, Ukraynada müharibə nəticəsində zərər çəkmiş uşaqların ölkəmizə gətirilməsi ilə sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlər müzakirə edilib.
Yuri Qusev ölkəsi ilə Azərbaycan arasında əlaqələrin davamlı inkişafından məmnunluğunu və sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində gələcək əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.