Sahil Babayev kimdir?
- elseo
- 729 views
- 0 comments
Sahil Babayev kimdir? Sahil Babayevin fəaliyyəti, təhsil həyatı ilə bağlı məlumatları bu xəbərdən əldə edə bilərsiniz.
Sahil Rafiq oğlu Babayev hazırda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışır.
O, 1980-ci ildə Bakıda doğulub.
Nazir 2000-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsinin bakalavr dərəcəsini fərqlənmə alaraq yekunlaşdırıb.
2002-ci ildə isə magistr dərəcəsini, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini əldə edib.
O, 1999-2006-cı illər ərzində Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin müdiri olub.
2006-2009-cu illəri əhatə edən 3 il ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi kimi çalışıb. Burada çalışdığı dövrdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi kimi çalışıb.
2009-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyaların əlaqələndirməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonra isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri olub.
Bununla yanaşı 2009-2014-cü illəri əhatə edən illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədrlik edib. Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “Socar Türkiyə Ege” Kompleksinin, yəni Star Layihəsinin Direktorlar Şurasının üzvü olaraq fəaliyyətini davam etdirib.
BDU-nun (Bakı Dövlət Universiteti) Beynəlxalq Hüquq kafedrasının müəllimi, ADA-da (Azərbaycan Diplomatik Akademiyası) bir sıra mövzular üzrə mühazirəçi olub. Bir sıra ölkələrdə, məsələn İngiltərə, Fransada beynəlxalq hüquq və müqavilə hüququ sahəsində bir sıra fərqli təlim və kursların iştirakçısı olub.
İlham Əliyevin 13 mart 2014-cü il tarixində verdiyi Sərəncam əsasında İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixində verdiyi sərəncam əsasında isə İqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərib.
Azərbayacan Prezidentinin 21 aprel 2018-ci il tarixli imzaladığı sərəncam əsasında Əmək və Əhalinin sosial müdafiəsi naziri vəzifəsinə seçilib.
Sahil Babayev nazir təyin olunduqdan sonra, vətəndaşların rifahının yaxşlaşdırılması istiqamətində bir sıra addımlar atıb. Sahil Babayev erməni terrorundan əziyyət çəkən vətəndaşlara, müharibə əlillərinə və şəhid ailələrinə sosial dəstək tədbirlərinin göstərilməsi ilə bağlı bir sıra təlimatlar verib.
Sahil Babayev əlaqə vasitəsi üçün: (012) 596 50 34
Sahil Babayev mail adresi: sahil.babayev@sosial.gov.az
Mənbə: az.wikipedia