Anar Əliyev Kimdir?
-
- elseo
- 12 views
- 0 comments
Əmək və Əhalinin Sosial müdafiəsi naziri təyin edilən Anar Əliyev haqqında ətraflı məlumatla bu məqalədə tanış ola bilərsiniz:
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb .
Anar Əliyev peşəkar fəaliyyətinə 2000-ci ildə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi kimi başlayıb və 2006-cı ilə qədər bu vəzifədə çalışıb. 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib .
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub . 2016–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü olub .
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin olunub. Həmin ilin oktyabrında nazir müavini vəzifəsinə irəli çəkilib və 2025-ci ilə qədər bu vəzifəni icra edib .
2025-ci il 7 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub .
Şəxsi həyat: Evlidir, iki övladı var