Nazir Sahil Babayev: Pensiya xərcləri 48 % artıb
- elseo
- 599 views
- 0 comments
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi barədə bəhs edib.
Sahil Babayev Azərbaycanda son üç ildə pensiya xərclərinin 48 faiz, müavinət xərcləri 2.5 dəfə, təqaüd xərcləri isə 4.4 dəfə artdığını söyləyib.
O, əlavə edib ki, dövlət sosial islahatlarını davam etdirəcək.
Sahil Babayevin sözlərinə görə, 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb. Bu vəsait 4.8 milyon nəfəri əhatə edib.