Sahil Babayev Serbiyadan gələn nazirlərlə DOST Mərkəzində olub
- elseo
- 82 views
- 0 comments
Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Serbiyanın mədəniyyət naziri, Komissiyanın Serbiya tərəfdən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial məsələlər naziri Nemanya Staroviç , səfər çərçivəsində 1 saylı DOST-da olub. Onlar mərkəzlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış DOST Agentliyinin və DOST Mərkəzlərinin fəaliyyət prinsipləri, sosial xidmətlərin göstərilməsində DOST təcrübəsinin üstünlükləri barədə məlumat verib.