Əlaqəli xəbərlər

Sahil Babayev pensiya haqqında açıqlama verdi

  • elseo
  • elseo
  • 123,165 views
  • 0 comments

Sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı pensiya və sosial müavinətlər haqqında danışıb. O, bildirib ki, gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımlar üçün isə 182 milyon manatın ayrılacağı gözlənilir. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Gələn il də yaşa görə təyin edilən pensiyanın 375 manata çatdırılacağını qeyd edib. Sahil Babayev əsassız və saxta pensiya işlərinin ləğvindən də danışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözləndiyini və bununla bağlı müəyyən vəsait ayrılacağını deyib.

Sahil Babayev çıxışında yaşa görə pensiyanin nə qədər artırılacağını da açıqlayıb.

Nazir qeyd edib ki, “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.