Xəbərlər

Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar – AzTV-dən yubiley filmi

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Prezident. Təkrarsız diplomatiya” adlanır.

Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.
“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.

Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir.

Montajı isə Qafar Məhərrəmova məxsusdur.

Film Prezident İlham Əliyevin doğum günü – 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

#AZTV #AzərbaycanTeleviziyası

  • Ad: Abul PhazŞərh: Халгыны , довлетини бу гедер севен президент дуняда тек - текдир.
    Яша президентим , Сизинле бутун азербайчан фехр элийир !!!
  • Ad: RintBŞərh: Dunyaliderleri dedikleride MDB olkelerinden basqalari deyile HAHSHAHDHAHSHAHSHAHAHAHAHAHAHAHAHAHAAHAH
  • Ad: ШахŞərh: Гордость Азербайджана!
  • Ad: Elmar TahirovŞərh: ❤🇦🇿🇹🇷❤👍👍👍💪💪💪
  • Ad: Тaliw masallinskyŞərh: Bir garabagi aldi oda kasib oglanlar aldi hansi ki uwakligda uwak pulu gormuyen uwaklar
  • Ad: Hgg CgfvŞərh: ✌😘😘😘
  • Ad: Arzu MammadlieŞərh: İlham Əliyev görkəmli siyasətçidir, mən də onun tərəftarıyam, onun diplomatiya məharətinə söz yox. Amma bəsdir, bu qədər yaltaqlanmayın t*** kimi. Camaatın ətini tökmüsüz, hər şeyin bir həddi olmalıdır!! Çıxmlr da yaltaqlıq bu millətin canından neynirsən elə.
  • Ad: Esen EsenŞərh: Azerbaijan lider kavkaz
  • Ad: Eldar XalilovŞərh: Uşaq pullari verməyən lider.
  • Ad: Мехраб МусаевŞərh: Öz millətinədə qiymət versin zavod ,fabrik ,iş yerləri açsın xalq çörəyini qazansın rüşvət xorları təmizlənsin dahada yaxşı olsun zülümə son
  • Ad: Elsen ZeynalovŞərh: Çok yaşa İLHAM ALİYEV qoy düşmenin xar olsun 🇦🇿🇦🇿🇦🇿💓
  • Ad: Алик ЛибэрманŞərh: 🙏🏻👍👏💪🇦🇿❤️🌟
  • Ad: бодибилдингŞərh: Алиев сила
  • Ad: Абдулла АбдуллаŞərh: Mafiyanın bossu.
  • Ad: Qadir BagirovŞərh: Президент номер 1 Илхам Алиев.
  • Ad: Pasha MamedovŞərh: Ölkədə iqtisadi güc nəsə özünü gösdərmir...
  • Ad: Asif DzafarovŞərh: 🙏🙏❤❤🇦🇿🇦🇿❤❤🙏🙏
  • Ad: Наджиб ГулиевŞərh: ЕШГ ОЛСУН,
    АЛЛАХ СИЗИ ГОРУСУН,
    ДЖАНАБ ПРЕЗИДЕНТИМИЗ,
    ИЛЬХАМ АЛИЕВ,
  • Ad: Naile MahmudovaŞərh: UÇA ALLAHIMIZ QƏTİYYƏTLİ !!! VƏTƏNPƏRVƏR !!! DÖVLƏTİNİ !!! XALQINI SEVƏN !!! ALİ BAŞ KOMANDANIMIZA HAQQ MÜBARİZƏMİZDƏ HƏMİŞƏ YAR VƏ YARDIMÇI OLSUN !!! AMİN !!! İNŞALLAH!!! BİZ BİRLİKDƏ GÜCLÜYÜK !!!!!!!!!!!!!!!!
  • Ad: abeŞərh: 🇹🇷❤️🇦🇿
Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.