DOST TV “Sosial saat” verilişinin qonağı nazir Sahil Babayev olacaq
- elseo
- 248 views
- 0 comments
Sabah, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan DOST TV-nin təqdimatı keçiriləcək. Ölkəmizin ilk sosial televiziyası kimi dizayn edilən bu platforma işçi qüvvəsi, məşğulluq, sosial müdafiə və sosial təminat kimi mövzularda zəngin məzmun təqdim edəcək. DOST TV birbaşa tamaşaçılara müraciət edəcək və onların suallarını cavablandıracaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə sabah keçiriləcək “Sosial saat” proqramı xüsusi əhəmiyyət kəsb edəcək. Müsahibə zamanı nazir dinləyicilərin Nazirliklə bağlı suallarını səmimiyyətlə cavablandıracaq.
Bu mühüm hadisəni izləmək və DOST TV ailəsinə qoşulmaq istəyirsinizsə, aşağıdakı linklərdən istifadə edərək kanala abunə ola və sosial media hesablarını izləyə bilərsiniz:
DOST TV YouTube Kanalı