Sahil Babayev Serbiya ilə sosial təminat haqqında saziş imzalayıb
- elseo
- 500 views
- 0 comments
Sahil Babayev Serbiya əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç ilə birgə vətəndaşların penisya hüquqlarını məyyən edən, onları tanıyan və qoruyan qanunları özündə birləşdirən sosial təminat haqqında saziş imzalayıb. İki ölkə arasında olan münasibətlər haqqında keçirilmiş videokonfrans zamanı genis müzakirələr aparılıb. Hər iki tərəf Azərbaycan və Serbiya arasında olan əməkdaşlığın bütün sahələr üzrə inkişafından məmnunluq hissi duyduqlarını bildiriblər. Bu əməkdaşlıq məşğulluq, əmək və sosial müdafiə sahələrində də özünü göstərir.İmzalanmış yeni sazış ölkələr arasında davamlı gedən inkişafa təkan verəcəyi və gələcəkdə daha da möhkəm əlaqələr qurulacağına zəmin yaradır. D.K.Tepavçeviçin keşən ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində nazirliklər arasında imzalanmış “Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən islahataların önəmindən bəhs etmişdir. Eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını bildirib.