Xəbərlər

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon 500 min manat vəsait ayrılıb.

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

#AZTV #AzərbaycanTeleviziyası

  • Ad: Сергей МаклаковŞərh: Киме верилир хамсы дунйасын дейишиб. Гулмелидир буну 10 ил онче едерди
  • Ad: Faqet HesenovŞərh: Pul var xercləməyə yer tapılmır 😏
  • Ad: Ceyhun VerdiyevŞərh: Kime lazımdır ikinci dünya muharibesi xalqi maraqlandirmir
  • Ad: Ceyhun VerdiyevŞərh: İkinci dünya muharibesinde adam qalmayib
  • Ad: Наджиб ГулиевŞərh: ЕШГ ОЛСУН,,
  • Ad: Anar BayramovŞərh: Asaa
  • Ad: Ülviyyə ƏliyevaŞərh: O müharibədən adam qalıb ki
Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.