Xəbərlər

Qazan-manqal | 19.12.2021

Dünyada məşhur olan Azərbaycan mətbəxinin sirrləri, dadlı, ləzzətli yeməklərin hazırlanma qaydaları “QAZAN-MANQAL” verilişinin əsas mövzusunu təşkil edir. Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma qaydası deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Bu veriliş dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin digər aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Verilişin izləyiciləri yuxarıda sadalananlara öz mətbəxlərində əməl etdikcə, həqiqətən də Azərbaycan mətbəxinin nə qədər zəngin olmasının bir daha şahidi olurlar.

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

#AZTV #AzərbaycanTeleviziyası

  • Ad: Samir Qurbanov vətənin sevənŞərh: 👍🇦🇿❤️🇹🇷
Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.