Dosye – Əbdürrəhim Bəy Haqverdiyev 28.11.2020
- elseo
- 282 views
- 0 comments
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadim, Klassik Azərbaycan ədəbiyyatının korifeyi. Azərbaycan SSR əməkdar incəsənət xadimi, Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı; “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur “Molla Nəsrəddin” jurnalının baş redaktorlarından biri.
Doğum Tarixi: 17 may 1870
Vəfat Tarixi: 12 dekabr 1933
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır. Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır. Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və “Dağılan ittifaq” əsərlərini yazmışdır. “Dağılan ittifaq” Peterburqda nəşr edilmişdir.
Bizim Kanallar :
Xəzər Media ►
Xəzər Music ►
Xəzər Film ►
Xəzər Xəbər ►
Dalğa TV ►
Telegram Kanalımız ►
#xezermedia #xezertv #dosye